Təcridxanada iğtişaş hazırlayan AUE tərəfdarları saxlanılıb

Qaraçay-Çərkəzdə Rusiyada qadağan olunmuş AUE (“Məhkum cinayət birliyi” A.B.) ekstremist hərəkatının daha yeddi tərəfdarı yerli istintaq təcridxanasında “inqilab” hazırlaşarkən saxlanılıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə REN TV yazır. Xatırladaq ki, 2023-cü ilin yazında təcridxanada “qırmızı” rejimi “qara” rejimə dəyişmək niyyətində olan “Məhkum cinayət birliyi” ideologiyası ilə fəaliyyət göstərən dəstənin üzvləri saxlanılıb.

Hücumçular sonda istintaq təcridxanasına düşmək və orada iğtişaş təşkil etmək üçün respublikada baş verən son cinayətlərin məsuliyyətini öz üzərinə götürüblər.

Onlar planlarını hazırlamaq üçün əvvəlcədən dronlardan istifadə edərək dəmir barmaqlıqlar arxasındakı tərəfdaşlarına pul və telefon göndəriblər.

Bundan əvvəl Amur məhkəməsinin 2020-ci ildən 2022-ci ilə qədər “Məhkum cinayət birliyi”nin cinayət ideologiyasının təbliğində iştirak etmiş 11 nəfərin işinə baxacağı bildirilirdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə