...Almaniya kansleri Olaf Şolz İranı baş verən hücuma cavab olaraq İsraili vurmamağa çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə X sosial şəbəkəsində açıqlama verib.
...Mənim İrana mesajım aydındır: siz kütləvi cavab verməklə davamlı olaraq eskalasiyaya səbəb ola bilməzsiniz. O zaman Yaxın Şərqdə dinc inkişaf üçün fürsət yaranacaq.
Bunu Almaniya kansleri bildirib.
Şolz qeyd edib ki, İrana hücum zamanı İsrail dinc əhali arasında itkiləri minimuma endirməyə çalışıb.
Bu, kanslerin fikrincə, münaqişənin “daha da genişlənməsinin qarşısını almağa imkan verir”. O, həmçinin Fələstinin radikal HƏMAS hərəkatının girovlarını azad etməyə və Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, ABŞ İrana hücum etmək niyyətini zərbələrdən bir neçə saat əvvəl öyrənib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə