Lavrovun Özbəkistana səfəri təxirə salınıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Özbəkistana səfəri təxirə salınıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə idarənin saytında bildirilir.

Qeyd olunur ki, oktyabrın 26-da Lavrov Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidovla telefonla danışıb. Departament bildirir ki, Xarici İşlər Nazirliyinin rəhbərləri Rusiya və Özbəkistan arasında tərəfdaşlıq eləcə də müttəfiqliyin möhkəmləndirilməsi ilə bağlı dövlət başçılarının qərarlarının həyata keçirilməsi üçün birgə işi davam etdirmək niyyətlərini təsdiqləyiblər.

...İş qrafiklərindəki dəyişikliklərlə əlaqədar olaraq, Lavrovun oktyabrın 28-29-na planlaşdırılan Daşkənd səfərinin təxirə salınması barədə razılıq əldə olunub.

Bu, məlumatda deyilir.

Bundan əvvəl Lavrov və Səidov Daşkənddə rus dili dərsi zamanı məktəblinin döyülməsindən sonra millətlərarası dözümsüzlüyü müzakirə ediblər. Nazirlər bunu BMT Baş Assambleyasının 79-cu sessiyası zamanı müzakirə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə