İsveç gimnaziyalarından birində tüfəng tapılıb

Höteborqun mərkəzində yerləşən Hvitfeldska gimnaziyasının zirzəmisində 32 tüfəng aşkar edilib. SİA xəbər verir ki, silahlar iki kilidli şkafda olub, açarlar itirildiyi üçün onlar burğu ilə deşmə vasitəsilə açılıb.

Təhsil şöbəsinin müdiri Bo Drisenin sözlərinə görə, tüfənglər vaxtilə 1973-cü ilə aid lisenziyası olan unudulmuş məktəb atıcılıq klubuna məxsus olub. Tapılan tüfənglərin hamısında çaxmaq əskik olduğundan onlar atəş üçün yararsız olub. Təhlükəsizlik məqsədilə tüfənglər dərhal seyflərə qoyulub, bundan sonra gimnaziyanın rəhbərliyi Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.

Tüfənglər gələn polis əməkdaşları tərəfindən qablaşdırılıb və sonra zərərsizləşdirilməsi üçün göndərilib. Yaranan marağa baxmayaraq, hadisə zərərsiz hesab edilib və Drisenin onu keçmişdən maraqlı bir hekayə adlandırıb.

“Atışmaların yeniyetmələrə getdikcə daha çox təsir etdiyi bir vaxtda “Məktəbdə tüfəng tapılıb” başlığı təhdid və narahatçılığa səbəb ola bilərdi, lakin bu halda bu, sadəcə məzəli bir hekayədir”, - deyə Drisen bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə