Eskalasiya Rusiya cəzalandırılana qədər davam edəcək...

Bunu Mixail Podolyakiddia edir...

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna prezidentinin dəftərxanası Üçüncü Dünya Müharibəsinin hansı nöqtədə başlayacağı barədə danışıb.

Ukraynanın OP rəhbərinin müşaviri Mixail Podolyakın “Kanal 24”-ə müsahibəsində qeyd etdiyi kimi, bu gün Ukraynadakı müharibənin qlobal davranış qaydaları ilə bağlı alyansların qloballaşan münaqişəsi olduğu artıq aydındır.

…Ona görə də “Rusiyaya ərazi verin, o qədər” kimi bu anlayışlara son qoyulmalıdır. Siz, gəlin onlara ərazilər verək deyib bu sənədi imzalayandan sonra Şərqi Avropada davamlı sülh yaranacaq? Yox, o an sözün tam mənasında Üçüncü Dünya Müharibəsi başlayacaq.

…Podolyakın fikrincə, belə anlayışlar aqressiyanı stimullaşdırmaqla yanaşı, onun miqyasını da artırır.

…Sadə nəticələrə keçmək lazımdır. Razılığa gəlmək mümkün olmayacaq. Rusiya cəzalandırılana qədər eskalasiya davam edəcək. Rusiyanı bu müharibədə udmaq olar, eləcə də digər rejimlər, məsələn, Şimali Koreya da, başa düşsünlər ki, Rusiya adı altında heç bir “çətir” olmayacaq.

Bunu da OP rəhbərinin müşaviri bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə