Kreml deyilənləri “yalan” adlandırır..?

“The Wall Street Journal”: Rusiya Qırmızı dənizdəki gəmilərə hücumlar üçün yəmənli Husilərə peyk məlumatlarını verdi...

…2024-cü ilin əvvəlində Rusiya yəmənli husilərə Qırmızı dənizdə Qərb gəmilərinə hücum etmək üçün istifadə etdikləri peyk məlumatlarını təqdim edib.

SİA-nın əldə etdiyi məlumata görə, “The Wall Street Journal” bununla bağlı araşdırma dərc edib.

…İddialara görə, nəşr öz məqaləsində adı açıqlanmayan mənbələrə, o cümlədən iki Avropa müdafiə rəsmisinə istinad edib.
Onların sözlərinə görə, Rusiya Yəməndəki Husilərin sıralarına sızmış İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri vasitəsilə məlumatları ötürüb.

…Və bu arada Putinin mətbuat katibi Dmitri Peskov RBC-yə bildirib ki, “The Wall Street Journal”-ın dərc etdiyi məlumat yalandır.

…Biz artıq onları nüfuzlu, həqiqəti söyləyən qəzetlər kimi qəbul etmirik.

Bunu da Putinin mətbuat katibi bildirib.

Qeyd edək ki, Yəmənin şimal-qərbinə nəzarət edən yəmənli Husilər 2023-cü ilin sonlarında HƏMAS silahlı qruplaşmasına dəstək göstərmək üçün gəmilərə hücum etməyə başlayıblar. Nəşrin həmsöhbətinin sözlərinə görə, Rusiya məlumatları husilərə Qırmızı dənizdəki zərbələrini genişləndirməyə kömək edib.

…Rusiya hakimiyyəti Yəmən Husiləri ilə gəmi əleyhinə raketlərin onlara ötürülməsi ilə bağlı danışıqlar aparır və Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumlarının arxasında SEPAH və Livandakı “Hizbullah” qruplaşması dayanır.

Bunu isə “Reuters” yazıb.

Yeri gəlmişkən, Husilərin hücumları Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti dayandırıb. Qeyd edək ki, qlobal ticarətin 15 faizə qədəri Qırmızı dənizdən keçir.

Məhz elə buna görə də, Bəzi gəmiçilik şirkətləri bölgədəki fəaliyyətini dayandıraraq, gəmiləri Afrika ətrafında daha uzun və daha bahalı marşrutla göndərirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə