Şamil Basayevin monoloqunu məşq etdiyi üçün…

…Qarışıq döyüş növləri üzrə (MMA) döyüşçü İlyas Yakubov istintaq təcridxanasından xüsusi hərbi əməliyyat zonasına göndərilib.

SİA xəbər verir ki, RİA Novosti-nin verdiyi məlumata görə, ona qarşı cinayət işinə xitam verilib.

Xatırladaq ki, istintaqın məlumatına görə, 31 yaşlı Yakubov “terrorçu” Şamil Basayevin monoloqunu məşq etdiyi videonu sosial şəbəkələrdə yayıb.

Doğrudur, sonradan idmançı videonu sosial şəbəkələrdən silib, lakin o vaxta qədər o, artıq axtarışa verilmişdi və saxlanılıb.

Onu da deyək ki, rus məhkəməsi döyüşçünü 2023-cü ilin oktyabrında istintaq təcridxanasına göndərmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə