"Astra" internet portalı xarici agentlərin reyestrinə daxil edilib

…Bu arada “Astra” internet portalı xarici agentlərin reyestrinə daxil edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Ədliyyə Nazirliyinin rəsmi saytında bildirib.
…“Astra” internet portalı Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar, habelə Rusiya Federasiyası Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb.

Bu, idarənin mətbuat xidmətindən bildirilib.

Portalın Ukraynadakı xüsusi əməliyyata qarşı çıxdığı və ictimai məkanda xarici agentlərin fəaliyyəti ilə bağlı materialları yaydığı da aydınlaşdırılır.

Qeyd edək ki, “Astra”-nın yaradıcısı Rusiya Federasiyasından kənarda yaşayır.

Yeri gəlmişkən, bundan əvvəl 5-tv.ru saytı rusiyalı jurnalist və teleaparıcı Fəridə Kurbanqaleevanın xarici agent statusu ilə bağlı məhkəməyə müraciət etdiyini bildirmişdi.

Onun barəsində Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə yalan məlumat yaydığına görə cinayət işi açılıb və o, beynəlxalq axtarışa verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə