Türkiyədə böhran riskinə qarşı həssaslıq azalıb

Beynəlxalq Valyuta Fondu Avropa departamentinin direktoru Alfred Kammer Türkiyədə 2023-cü ildən bəri siyasət dəyişikliyindən çox müsbət təsirləndiklərini və pul siyasətindəki məhdudlaşdırıcılığın azaldılmasının tez olacağını bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində Avropa regionunun iqtisadiyyatlarına dair mətbuat konfransı keçirilib.

A.Kammer deyib: “Keçən ildən bəri Türkiyədə gedən siyasət dəyişikliyini çox müsbət dəyərləndirdik. Nəticədə böhran riskinə qarşı həssaslıq bu dövrdə nəzərəçarpacaq dərəcədə azalıb. İnflyasiya indi azalma tendensiyası içindədir. Bunlar siyasət dəyişikliyində iki böyük uğurdur.

Ümumiyyətlə, deməliyəm ki, Türkiyədə iqtisadi komanda yaxşı iş görüb. Bu iş və bu siyasət davam etdirilməlidir. Türkiyə xalqı üçün ağrılı, siyasətçilər üçün isə çətin bir dövrdür. Lakin böhran riski və inflyasiya azalmalıdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə