ABŞ-da məşhur reper qətl sifarişinə görə həbs edilib

Amerikalı məşhur rep ifaçısı Lil Dyuk sifarişli qətlə görə Cənubi Floridada həbs olunub.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu barədə Brovard əyalətinin polis ofisi məlumat yayıb. O, ABŞ Marşallar Xidməti tərəfindən saxlanılıb. Cinayətlə bağlı detallar hələlik açıqlanmayıb.

Reper bu ayın əvvəlində 2020-ci ilin avqustunda Çikaqoda həmkarının öldürülməsinə görə də məhkəməyə verilib.

32 yaşlı çikaqolu reper bu ilin sonunda ən yaxşı həzin rep ifasına görə “Grammy” mükafatına layiq görülmüşdü. Onun 2020-ci ildə çıxmış “The Voice” və 2022-ci il buraxılışı olan “7220” albomları bir milyondan çox satışa imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə