97-ci Türkiyə-İran Təhlükəsizlik Komitəsinin iclası keçirilib

İranın Maku şəhərində iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə 97-ci Türkiyə-İran Təhlükəsizlik Komitəsinin iclası keçirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Fermandar Ramin Movahedinin sədrliyi ilə keçirilən iclasda İğdır valisi Ercan Turan, Ağrı valisi Mustafa Koç və digər rəsmilər iştirak ediblər.
Maku şəhərində keçirilən görüşdə iki ölkə arasında sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə