Rusiya oktyabrda 40 minə yaxın əsgərini itirə bilər

Bu barədə Estoniya kəşfiyyatı məlumat yayıb.

Rusiya oktyabrda 40 minə yaxın əsgər itirə bilər. Bu, Rusiya ordusunun Ukraynaya işğalı başlayandan bəri ən böyük itki olardı.

SİA-nın əldə etdiyi məlumata görə, RBC-Ukrayna ERR-ə istinadən xəbər verir ki, bunu Estoniya Müdafiə Kəşfiyyat Mərkəzinin rəis müavini Janek Kesselmann deyib.

Kesselmann bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca irəliləməyə davam edərək gündə orta hesabla 178 hücum təşkil edir.

Onun sözlərinə görə, Kursk vilayətində son bir həftə ərzində Ukrayna qoşunlarının işğal etdiyi ərazilərdə ciddi dəyişiklik baş verməyib.

Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının bölmələrinə qarşı manevrlər və pusqular təşkil etməkdə davam edir.

Rusiya Federasiyası qüvvələrinin irəliləməsi qatil dronlarından və dolayı atəşdən istifadə etməklə, minaatanlar da daxil olmaqla kütləvi hücumlar sayəsində mümkün olur.

Kesselmann onu da bildirib ki, bu təsir Rusiyanın öz işçi qüvvəsini həyasızcasına israf etdiyi “çirkli hücumlar” adlanan üsullarla əldə edilir.

O, Rusiyanın itkilərinin kifayət qədər yüksək olduğunu da vurğulayıb.

...Və bu ay Rusiya üçün ən böyük itkilərdən biri kimi görünür. Biz hesab edirik ki, düşmən bir ay ərzində həm yaralı, həm də həlak olan 40 minə yaxın əsgərini itirəcək,-

deyə estoniyalı səlahiyyətli bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə