Zelenski BMT baş katibini Kiyevə dəvət etməkdən imtina edib

BRİKS sammitindəki iştirakına görə.

Ukrayna prezidenti Vladimir Zelenski BMT baş katibinin Rusiyada keçirilən BRİKS sammitində iştirakına görə Antonio Quterreşin Kiyevə səfərini rədd edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AFP yazıb. Qeyd edək ki, RBC-Ukraynanın Prezident Aparatındakı mənbələri bu məlumatı təsdiqləyiblər.

Xatırladaq ki, oktyabrın 24-də Rusiyanın Kazanda ev sahibliyi etdiyi BRİKS sammitində Quterreş Ukraynada “ədalətli sülhə” və Vladimir Putin qarşısında çıxışında iki ildən artıq davam edən müharibəyə son qoymağa çağırıb.

Lakin onun Çin prezidenti Si Sinpin və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla 20 dünya liderinin görüşündə iştirakı - Putinin 2022-ci ilin fevralında Ukraynaya təcavüzündən sonra Rusiyanın ən böyük diplomatik hadisəsi - Kiyevdə qəzəb doğurub.

...Məsələ bundadır ki, Kazandan sonra Quterreş Ukraynaya gəlmək istəyib, lakin Zelenski onun səfərini təsdiqləməyib.

Buna görə də Quterreş burada olmayacaq, xüsusən də Kazanda ağlın və beynəlxalq hüququn alçaldılmasına görə...

Bunu Ukrayna prezident administrasiyasındakı yüksək vəzifəli mənbə bildirib.

Xatırladaq ki, Kazanda Putinlə danışıqlar zamanı Quterreş bir daha vurğulayıb ki, Rusiyanın Ukraynaya müdaxiləsi BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.

İkitərəfli danışıqlardan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Quterreşin Kazana səfər qərarını tənqid edib və onun iyun ayında Ukraynanın İsveçrədə təşkil etdiyi sülh sammitində iştirak etmədiyinə diqqət çəkib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə