“Ruslar Oskol çayında tələyə düşə bilərlər...”

Burada ruslar üçün elə də asan gediş yoxdur...

...Hazırda ruslar Oskol çayına, Xarkov vilayətinin Kupyansk şəhərinin sol sahilinə, xüsusən də Kupyansk-Uzlovoy kəndinə can atırlar.

SİA “oboz.ua”-a istinadən xəbər verir ki, bu barədə “İnformasiya müqaviməti” qrupunun köşə yazarı Aleksandr Kovalenko danışıb.

...Hazırda rusların Kruqlyakovka və Kolesnikovkanı təhdid etdikləri və onların yaxın vaxtlarda məhz bu yaşayış məntəqələri istiqamətində hərəkətə keçəcəyi vurğulanır.

Eyni zamanda, Rusiya Silahlı Qüvvələrinin əsas hədəfi Kupyanskdır, regional mərkəzin özü və xüsusən də onun sol sahil hissəsi rusların üç istiqamətdə hücuma məruz qala bilər.

Qeyd edək ki, hazırda Ukrayna Müdafiə Qüvvələri bu məkanda müdafiə mövqeyini saxlamağa çalışırlar.

Amma bunu etmək asan deyil, çünki düşmən texnikasının bütün qoşun qrupları arasında ən çox cəmləşməsi məhz bu sektordadır.

Bunu da Kovalenko qeyd edir.

Onun fikrincə, düşmənin planlarına təkcə Kupyansk daxil deyil: Rusiya Silahlı Qüvvələri Oskol çayını keçməyə də çalışacaq.

Kovalenkoya görə, ruslar Kruqlyakovkanın ələ keçirilməsindən sonra sağ sahilə keçməyə cəhd edəcəklər, xüsusən də bu məkanda, çünki burada onların ən əlverişli şəraiti var: bura çayın ən dar yerlərindən biridir.

Amma o da qeyd edilməlidir ki, burada ruslar üçün elə də asan gediş yoxdur.

...Əgər bunun üçün gedirlərsə, qoy cəhd etsinlər. Fakt budur ki, onlar Oskol çayını keçməyə cəhd etsələr, bu vaxt onlar daha çox resurslarını itirəcəklər. Bu, məhz ukraynalı müdafiəçilərin xeyrinədir

Bunu da Kovalenko qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə