İraqın şimalında 7 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən "Kilit Hərəkatı" əməliyyatında 7 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilib: “Terrorçuları yuvalarında məsuliyyətə cəlb edirik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı "Pəncə-Kilit" bölgəsində 7 PKK terrorçusunu zərərsizləşdirib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə