Putinə iki əjdaha verildi

Vyetnamın baş naziri Fam Min Trinh Rusiya Prezidenti Vladimir Putinin son doğum gününə hədiyyə kimi iki əjdaha heykəlcikləri gətirib. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Nəşr qeyd edilib ki , Vyetnam baş naziri Kazanda keçirilən BRİKS sammiti çərçivəsində Putinə hədiyyə təqdim edib. Pham Minh Trinh qeyd edib ki, Vyetnamda əjdahalar güc simvoludur.

Baş nazir əlavə edib ki, kiçik əjdaha Rusiya daxilində, böyük əjdaha isə Rusiya Federasiyasından kənarda və bütün dünyada Putinin gücünü təmsil edir. Rusiya lideri Vyetnamın yeni prezidenti Luonq Kuongu da Rusiyaya dəvət edib.

Putin oktyabrın 21-də ölkə milli assambleyası tərəfindən Vyetnam prezidenti vəzifəsinə seçilmiş Luonq Kuonqa təbrikləri çatdırmağı xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə