Britaniya qüvvələri hər hansı işğalın qarşısını almaq gücündə deyil

Böyük Britaniyanın müdafiə naziri Con Hili Böyük Britaniyanın silahlı qüvvələrinin hazırkı vəziyyətinin mümkün işğalın qarşısını almaq üçün kifayət etmədiyini etiraf edib. SİA xəbər verir ki, Con Hili hərbi qüvvələrin müxtəlif əməliyyatları həyata keçirməyə hazır olduğunu deyib. Lakin nazir qeyd edib ki, silahlı qüvvələrinin hazırkı vəziyyəti düşmən işğalını dayandırmaq qabiliyyətində deyil:

“Böyük Britaniya, bir çox digər ölkələr kimi hərbi əməliyyatlar keçirməkdə böyük bacarıq qazanıb. Lakin hazır olmadığımız şey döyüşməkdir. Döyüşməyə hazır olmadığımız müddətcə işğalın qarşısını ala bilmərik”,- deyə Con Hili vurğulayıb.

O, iyul ayında müdafiə naziri vəzifəsinə təyin olunarkən silahlı qüvvələrin vəziyyətinin gözlədiyndən daha pis olduğunu və dərin problemlərlə qarşılaşdıqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə