Rusların BRİKS-ə münasibəti məlum olub

...Rusların on nəfərdən səkkizi (78 faiz) BRİKS-i yeni, ədalətli dünya nizamının formalaşmasında ilk mərhələ hesab edir.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə VTsIOM-un (Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi) sorğusunun nəticələrinə istinadən xəbər verir. ...Qeyd olunur ki, rusiyalıların 78 faizi BRİKS-in müdaxilə etməmə, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yeni dünya nizamı qurduğuna inanır. Eyni zamanda, respondentlərin 14 faizi onlarla razılaşmır, daha 8 faizi suala cavab verməkdə çətinlik çəkib.

Bu nəticələri şərh edən VTsİOM-un siyasi araşdırmalar şöbəsinin rəhbəri Mixail Mamonov qeyd edib ki, Rusiya Federasiyası vətəndaşları BRİKS-i “qarşılıqlı faydalı iqtisadi qarşılıqlı fəaliyyət məkanı kimi qəbul edirlər”, buna görə də onların təşkilata marağı “çox yüksəkdir”.

Ruslardan assosiasiya ölkələrinin qlobal iqtisadiyyata təsirini qiymətləndirmələri də istənilib. Respondentlərin üçdə ikisi (68 faiz) bunun əhəmiyyətli olduğuna inanır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə