İsrail İrana zərbələri təxirə salır

İsrail keçən həftə ABŞ-dan potensial həssas hərbi məlumatların sızmasından sonra İrana zərbəsini təxirə salmaq qərarına gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu The Times yazır.

Sənəd oktyabrın 18-də İranyönlü “Middle East Spectator” teleqram kanalında dərc edilib.

Bu məlumatlara görə, İsrail “Golden Horizon” və “Rocks” raketləri ilə İrana hücum etmək niyyətində idi.

“Rocks” F-16 və ya F-35 döyüş təyyarələrindən buraxıla bilən uzun mənzilli hava-yer raketidir, “Golden Horizon” isə təxminən 1900 kilometr mənzilli ballistik raketdir.

…ABŞ sənədlərinin sızması bəzi strategiya və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirdi. Cavab olacaq, lakin bu, nəzərdə tutulduğundan çox vaxt aparacaq.

Bunu İsrail kəşfiyyatındakı mənbə nəşrə bildirib.

Onun sözlərinə görə, İD alternativ hücum planı hazırlayır. Sızdırılan məlumatda konkret hədəflər qeyd olunmayıb, lakin ABŞ İsraili İranın nüvə infrastrukturunu və ya neft sənayesini hədəf almaması barədə xəbərdarlıq edib. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ı əmin edib ki, cavab tədbirləri hərbi obyektlərə yönəldiləcək. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onun bölmələri ehtimal olunan hədəflər hesab edilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə