Cənubi Koreyada hökumət tənhalıq riskinə qarşı büdcə hazırlayıb

Cənubi Koreya hökuməti tənhalıqla mübarizə üçün 327 milyon dollar xərcləyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, paytaxt Seulda şəhər idarəçiləri heç kimin tənha olmadığı bir şəhər yaratmaq məqsədilə beş il ərzində 451,3 milyard von (təxminən 327 milyon dollar) xərcləyəcəklərini elan etdilər.

Yeni təşəbbüslər arasında daimi xidmət göstərən tənhalıq üzrə məsləhətçilər, onlayn məsləhət platformaları və üzbəüz ziyarətlər kimi tədbirlər var.

Seulun bələdiyyə sədri Oh Se-hun "Tənhalıq və təcrid təkcə fərdi problemlər deyil, cəmiyyətin birlikdə həll etməli olduğu bir anlayışdır. Tənha insanlara kömək etmək üçün bütün bələdiyyə imkanlarımızı səfərbər edəcəyik" dedi.

Şəhər rəsmiləri həmçinin genişləndirilmiş psixoloji xidmətlər, yaşıl sahələr, yaşlı sakinlər üçün bəsləyici qida planları, yardıma ehtiyacı olan tənha sakinləri müəyyən etmək üçün xüsusi bir “axtarış sistemi” və insanları çölə çıxmağa, başqaları ilə əlaqə yaratmağa sövq edəcək tədbirlər də planlaşdırır. Mütəxəssislər bu tədbirləri müsbət qarşılasalar da, daha çox iş görülməli olduğunu bildirirlər.

Cənubi Koreyada tənhalıqdan ölənlərin sayı 2011-ci ildə 682 ikən, 2021-ci ildə 3378, 2022-ci ildə 3559 və keçən il 3661-ə yüksəlib.

Belə ölümlərin böyük əksəriyyətini kişilər təşkil edir və 50-60 yaşında olanlar bu qrupun yarısından çoxunu təşkil etməsi onları tənhalıqdan ölmə riskində xüsusilə həssas edir.

Cənubi Koreya təkcə tənhalıqla mübarizədə tək deyil. Yaponiyada "hikikomori" termini ilk dəfə 2021-ci ildə təyin olunanda tənhalıq və təcriddən cavabdeh bir nazir təyin edilmişdi. 2023-cü ildə hökumət tənhalığın qarşısının alınması və idarə olunması üçün əhatəli bir plan hazırladı.

Bütün xəbərlər Facebook səhifəmizdə