“Pul və vətəndaşlıq vəd edirlər, amma əslində aldadırlar...”

Rusiyadan Ukraynadakı müharibəyə getdikcə daha çox miqrant gətirilir...

...Rusiyada yaşayıb məhkum olunaraq bu ölkənin həbsxanalarında cəza çəkən Mərkəzi Asiya ölkələrindən olan xeyli sayda miqrant, Ukraynadakı müharibədə artıq həyatlarına son qoyublar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiyada miqrantlara yardım edən vəkillər bildiriblər.

Onların fikrincə, yüzlərlə orta asiyalı cəbhəyə getməyə məcbur edilir və cəbhədən sağ-salamat qayıdanlar isə aldadılır. Yəni vəd edilən heç bir rubl - filan almırlar...

…Bu gün qardaşımın ad günüdür. Bu gün bayramımız var. 23 yaşı tamam olur, müharibədədir. Sizi təbrik edirəm…

2024-cü ilin payızında Ukraynada müharibə zamanı hardasa çəkilmiş videoda bu sözlər özbək dilində eşidilir. Çərçivədə Orta Asiya ölkələrindən, Özbəkistandan və Qırğızıstandan olanlar var.

Videonun qəhrəmanları arasında qırğızıstanlı Kanıbeki bəzi jurnalistlər tanıyıblar. O, Rusiyada narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib və Çelyabinsk koloniyasında məhkəmənin ona təyin etdiyi yeddi ilin üç ilini çəkib.

Kanıbekin qohumları jurnalistlərə bildiriblər ki, o, Qırğızıstana ekstradisiya olunmaq və cəzasını vətənində çəkmək istəyirdi: onun köçürülməsi məsələsinə məhkəmədə baxılacaqdı. Lakin sonra o, ailəsinə bir fotoşəkil göndərdi: əlində pulemyot vardı, ətrafında isə asiyalı görünüşlü əsgərlər...

Ailəsindən və dostlarından heç kim Kanıbekin indi harada olduğunu, hətta sağ olub-olmadığını bilmir. Qırğızıstanın Xarici İşlər Nazirliyi Rusiya hakimiyyətindən onun bu ilin iyulunda həbsdən azad edildiyinə dair cavab alıb, lakin onlar miqrantın hansı şəraitdə buraxılması və hazırda harada olması barədə heç nə deməyiblər.

Rusiyada miqrantlarla bağlı məhkəmə işləri aparan hüquqşünaslardan biri jurnalistlərə bildirib ki, artıq müharibə zamanı itkin düşən, həbsxana və koloniyalardan cəbhəyə göndərilən yüzlərlə qırğızıstanlı var.

...Əgər əvvəllər miqrantların oturduğu kameralara vaqneritlər giririb onları müharibəyə getməyə razı salmağa çalıçırdılarsa, indi bu işlə islah koloniyalarının işçiləri özləri məşğul olurlar.

Onlar miqrantlara pul və vətəndaşlıq vəd edib, deyirlər ki, altı ay xidmət et və azadsan, əslində isə aldadırlar.

Qeyd edilməlidir ki, Rusiyada miqrantları təkcə həbsxanalarda deyil, küçələrdə, avtobus dayanacaqlarında, metroda da müharibəyə cəlb edirlər.

Məsələn, rus dilini zəif bilən, Rusiyaya işləməyə gələn Mərkəzi Asiyalını küçədə saxlayıb, ona müqavilə imzaladıblar.

...O, mənim yeganə oğlumdur, iki qızdan sonra dünyaya gəlib, hər dəfə saxlanılanda 20 min rubl ödəyib və onu azad ediblər, lakin bu dəfə onu sənədlərə imza atmağa məcbur ediblər.

Bunu həmin oğlanın anası deyir.

...Polis oğluma müharibəyə getmək üçün çağırış vərəqəsini gözləməyi tapşırıb və ona Rusiyadan çıxmağın qadağan olunduğu barədə xəbərdarlıq edib.

Ana oğlunun indi harada olduğunu bilmir, gənc isə əlaqə saxlamır. Ola bilsin ki, o, Moskvada bir yerdə gizlənir, vətəninə necə gedəcəyini bilmir, amma buna baxmayaraq başqasının müharibəsində əsgər olmağa məcbur olması da mümkündür.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə