Pezeşkian Si Cinpinlə görüşdü

İran Çinlə Müştərək İqtisadi Əməkdaşlıq Komissiyasında müəyyən zaman çərçivəsində münasibətləri qarşılıqlı şəkildə möhkəmləndirmək niyyətindədir. SİA xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian 23 oktyabrda Rusiyanın Kazan şəhərində keçirilən BRICS-ə üzv dövlətlərin dövlət başçılarının sammitinin kənarında Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşdə deyib.

Onun sözlərinə görə, Çin İranın dostu və ən önəmli ticarət şərikidir. İran Çinlə əlaqələrin inkişafı qarşısında ehtimal olunan maneələrin aradan qaldırılması və əməkdaşlığın yüksəldilməsinə çalışır.

Görüşdə Çin Xalq Respublikasının sədri Si Cinpin də ölkəsinin İranla əlaqələrin genişləndirilməsinə hazır olduğunu bildirib.
“İranla münasibətlər Çin üçün dəyərlidir. Çin iki ölkə arasında müştərək mənafeyi qorumağa hazırdır. İran və Çin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, mədəni və hərbi sahələrdə səmərəli əməkdaşlıq edə bilərlər”, - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə