Almaniyanın siyasi rəhbərliyi Ankarada törədilən terror aktını qınayıb

Almaniyanın siyasi rəhbərliyi Ankarada törədilən terror aktını sərt şəkildə qınayıb.

SİA xəbər verir ki, Almaniyanın Federal Kansleri Olaf Şolts X səhifəsindəki rəsmi hesabında etdiyi paylaşımda həlak olan və yaralananlar barədə xəbərlərdən sarsıldığını vurğulayaraq qeyd edib: “Terrorizmin bütün təzahürlərini ən sərt şəkildə qınayırıq. Tərəfdaşımız Türkiyənin yanındayıq”.

Almaniya Xarici İşlər Nazirliyi də terror hücumu ilə bağlı açıqlama yayıb.

Terror hücumunu qınayan nazirliyin sözçüsünün açıqlamasında Türkiyə ilə həmrəylik ifadə olunub. Açıqlamada Almaniyanın Ankaradakı səfirliyi və Berlində Xarici İşlər Nazirliyinin Böhran Müdaxilə Mərkəzi vasitəsilə vəziyyətin yaxından izlənildiyi qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə