Lukaşenko ABŞ prezidenti postuna namizədləri axmaq adlandırıb

...Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-da keçiriləcək seçkilərdən danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

...Lukaşenko deyib ki, Amerika lideri postuna namizədlərin hamısı axmaqdır.

...Mən tez-tez deyirəm: burada və ya Rusiyada olsaydı, bir dənə də olsun axmaq seçilməzdi. Nə biri, nə də digəri. Dəhşətdi! - deyə əlavə edib.

Belarus prezidenti qeyd edib ki, namizədlərdən biri “səriştəsiz”, digəri isə “Allah bilir, nəyisə açıqlayır”.

Bunun fonunda, onun fikrincə, ABŞ-da qarşıdan gələn seçkilər “ürpertici və axmaq” olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə