“Bu, ciddi və beynəlxalq hüquq pozulması deməkdir”

Şimali Koreya Berlindəki səfirliyinin məsləhətçisini Xarici İşlər Nazirliyinə çağırılıb

SİA-nın əldə etdiyi məlumata görə, Almaniya Şimali Koreya əsgərlərinin Rusiyaya dəstək məqsədilə Ukraynaya göndərildiyinə dair iddiaların ardından Berlindəki səfirliyinin məsləhətçisini Xarici İşlər Nazirliyinə çağırıb.

Xarici İşlər Nazirliyinin “X” sosial media hesabından verilən açıqlamada “Əgər Ukraynadakı Şimali Koreya əsgərləri ilə bağlı xəbərlər doğrudursa və onlar Rusiyanın Ukraynadakı təcavüzkar müharibəsinə əsgərləri ilə dəstək verirsə, bu, ciddi və beynəlxalq hüquq pozulması deməkdir.” ifadələri işlədilib.

Açıqlamada Şimali Koreyanın Berlindəki səfirliyinin məsləhətçisinin Nazirliyə çağırıldığına diqqət çəkilib: “Şimali Koreyanın Rusiyanın təcavüzkar müharibəsini dəstəkləməsi, Almaniyanın təhlükəsizliyi və Avropa sülh nizamı üçün də birbaşa təhdid təşkil edir.”

Bütün xəbərlər Facebook səhifəmizdə