Litva Rusiya ilə ticarət gəmiçilik müqaviləsini pozdu

...Litvanın Nazirlər Kabineti Nəqliyyat və Rabitə Nazirliyinin Rusiya ilə ticarət gəmiçiliyinə dair müqaviləyə xitam verilməsi təklifini təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Litvanın “Kauno Diena” qəzeti yazıb.

Hökumət tərəfindən təsdiq edildikdən sonra Litva Prezidentinə Seymin baxılması üçün Rusiya Federasiyası ilə ticarət gəmiçiliyi haqqında sazişə xitam verilməsi təşəbbüsü ilə çıxış etməsi xahiş olunacaq.

Litvanın Nəqliyyat və Rabitə Nazirliyinin məlumatına görə, saziş 1993-cü ildə bağlanıb və ölkələrin dəniz nəqliyyatı sahəsində münasibətlərini tənzimləyir.

Buraya yük daşımalarının təşkilinin tənzimlənməsi, gəmiçilik və ya gəmiçiliklə bağlı şirkət və təşkilatlar arasında əməkdaşlıq, limanlarda gömrük və digər rəsmiləşdirmələr və s. daxildir.

Ölkənin Nəqliyyat və Rabitə Nazirliyi hesab edir ki, saziş Litva üçün aktual deyil. Üstəlik, mümkün deyil, çünki Rusiyanın Ukraynaya hücumu səbəbindən Rusiya ilə hər hansı əməkdaşlıq dayandırılıb.

Sənədin imzalanması zamanı Litva hələ Beynəlxalq Dəniz Təşkilatının üzvü deyildi, lakin üzv kimi ölkə gəmilərdən təhlükəsiz istifadə, dənizçilərin əməyi və çirklənmənin qarşısının alınması ilə bağlı bir çox konvensiyaları ratifikasiya edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə