Belarusiyada insultların sayı artır

...İnsidansı yüksəkdir

...Minsk Elmi-Praktiki Cərrahiyyə, Transplantologiya və Hematologiya Mərkəzinin 5 saylı nevroloji şöbəsinin müdiri Yaroslav Jolnerkeviç, hər il Belarusda 40 minə yaxın insanın insultdan əziyyət çəkdiyini deyib.

Həkimin dediyinə görə, insident indi “Covid”dən əvvəlki dövrlərə çatıb. Belə ki, 2023-cü ildə 41 mindən çox xəstə insultdan əziyyət çəkmişdisə, 2024-cü ilin birinci yarısı üçün bu göstərici 20 mini keçib.

SİA-nın əldə etdiyi məlumata görə, oktyabrın 23-də keçirdiyi mətbuat konfransında Jolnerkeviç, insidentlərin sayının yüksək olduğunu bir daha xatırladıb.

O, həmçinin Belarusda insult keçirən xəstələrə yardım göstərmək üçün 20-dən çox nevroloji şöbənin fəaliyyət göstərdiyini, onlardan 11-nin rayonlararası olduğunu bildirib. Həkim gələcəkdə belə mərkəzlərin sayının daha da artırılmasının nəzərdə tutulduğunu deyib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə