Demə, Şimali Koreya həbçiləri Ukraynaya döyüşməyə yox, sadəcə olaraq...

“The Wall Street Journal”: Rusiya ilə Şimali Koreya arasında razılaşmaya gizli bənd daxil edilib

...Deyilənlərə görə, Rusiya kəşfiyyat mənbələri “The Wall Street Journal”-a bildiriblər ki, Rusiya və Şimalı Koreya arasında hərbi əməkdaşlıq müqaviləsi gizli bəndi ehtiva edir. Bu bəndə görə, Pxenyan real döyüş təcrübəsi qazanmaq üçün minlərlə əsgəri Ukrayna cəbhəsinə göndərə bilər.

Onların sözlərinə görə, bu ilin iyununda Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya uçarkən Pxenyan qida və yanacaq müqabilində Moskvaya artilleriya mərmiləri təklif etməyə hazır olduğunu bildirib. Bununla belə, müqavilənin son variantında Şimali Koreya əsgərlərinin müharibəyə göndərilməsi ilə bağlı gizli bənd də olub.

“The Wall Street Journal” mənbələri bildirir ki, hazırda Şimalı Koreya əsgərlərinin əksəriyyəti cəbhə xəttindən uzaq, təhlükəsiz məsafədədirlər. Onlar rus qoşunlarının logistikanı necə idarə etdikləri ilə tanış olur və pilotsuz təyyarələrlə döyüş prinsiplərini öyrənirlər.

Maraqlıdır ki, nüvə təhlükəsizliyi üzrə Şimalı Koreyalı tədqiqatçı deyir ki, guya Pxenyan köhnəlmə müharibəsində qalib gəlməyi və düşməni artilleriya ilə məğlub etməyi öyrənmək şansından istifadə edir.

Onun dediyinə görə, “...heç bir təlim faktiki hərbi təcrübəni təkrarlaya bilməz və Koreya yarımadasında yeni münaqişə başlayarsa, bu, dividendlər verə bilər”.

...Şimalı Koreya artıq Misirə, ehtimal ki, Suriya və Zambabveyə də hərbi personal göndərib, lakin minlərlə əsgərin Ukraynaya göndərilməsi Kim Çen In rejimi üçün risk yaradır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Cənubi Koreyanın Kukmin Universitetinin Şimali Koreya üzrə eksperti Fedor Tertitski bildirib.

...Bu gün Putin Koreya yarımadasında gərginliyin artmasında maraqlıdır, çünki bu, Qərbi növbəti hərbi münaqişə ilə üzləşməyə məcbur edəcək. Belə olan halda Ukrayna daha az diqqət və resurslar alacaq.

Bunu isə “The Wall Street Journal” Avropa kəşfiyyatı mənbəsinə istinadən yazıb.

Xatırladaq ki, bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidməti məlumat vermişdi ki, Şimalı Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün ümumi sayı 12 min nəfər olan 4 hərbi briqada göndərmək niyyətindədir. Bundan əlavə, xüsusi təyinatlı dəstə, eləcə də Rusiyanın “Su-25” və “MiQ-29” təyyarələrini idarə edəcək hərbi pilotlar cəbhəyə gedə bilər.

Onu da xatırladaq ki, Rusiya və Şimalı Koreya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi iyunun 19-da Pxenyanda Putin və Kim Çen In tərəfindən imzalanıb.

Oktyabrın ortalarında Putin onu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib. Sənəd 23 maddədən ibarətdir və faktiki olaraq hərbi ittifaqı nəzərdə tutur.

...Və xüsusilə, bu müqavilənin 4-cü maddəsində deyilir ki, tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf sərəncamında olan bütün vasitələrlə dərhal ona hərbi yardım göstərəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə