"Pegasus" İrana uçuşları ləğv etdi

İsrailin İrana hücumu ehtimalına görə "Pegasus" Hava Yolları noyabrın 1-dək İrana uçuşları dayandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İrana planlaşdırılmış hava hücumu ehtimalına görə "Pegasus" Hava Yolları İrana uçuşları ilə bağlı mühüm qərar qəbul edib.

Daha əvvəl təhlükəsizlik səbəbi ilə Livana uçuşları dayandıran aviaşirkət indi İrana uçuşları ləğv edib. Aviaşirkət noyabrın 1-dək İrana uçuşlar həyata keçirməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə