İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində 19 nəfər ölüb

İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində 19 nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələrinin axşam saatlarından etibarən Livanın cənub və şərqində həyata keçirdiyi hücumlarda 19 nəfər həyatını itirib.

Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada, İsrail döyüş təyyarələrinin Nəbatiyənin mərkəzindəki Kessar Zater rayonunda yaşayış və ticarət komplekslərinə təşkil etdiyi hava hücumu nəticəsində 5 nəfərin öldüyü, 21 nəfərin yaralandığı bildirilib.

Açıqlamada həmçinin İsrail döyüş təyyarələrinin ölkənin şərqindəki Hirmil rayon mərkəzindəki bir məhəlləyə endirdiyi hava zərbələri nəticəsində 5 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib. Livanın rəsmi agentliyi NNA-nın xəbərində, İsrail döyüş təyyarələrinin cənubdakı Bint Jubeil rayonunun Haris qəsəbəsində bir evə təşkil etdiyi hava hücumu nəticəsində 2 nəfərin, hava hücumunda isə 6 nəfərin həlak olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə