Kubada enerji böhranı tam aradan qaldırılmayıb

Kubada ötən həftə yaranan enerji böhranı hələ də aradan qaldırılmayıb. “Oskar” qasırğası da elektrik təchizatına ciddi zərbə vurub. SİA rəsmi mənbələrə istinadla xəbər verir ki, ölkə əhalisinin 71 faizinin elektrik təchizatı bərpa olunub. Təmir briqadaları bütün ölkə üzrə elektrik verilişinin təmin edilməsi üçün işləyir.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiya avadanlıqları üçün ehtiyat hissələri almağa imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Mart ayından etibarən ölkədən elektrik kəsilmələri daha müntəzəm xarakter alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə