"Xüsusi hərbi əməliyyat üzvü” döyülüb..?

...Sankt-Peterburqda naməlum şəxslər özünü Ukraynada döyüş əməliyyatlarının iştirakçısı kimi təqdim edən Dağıstan sakinini döyüblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Fontanka” yazıb.

Məlum olub ki, döyülənin xüsusi hərbi əməliyyatla heç bir əlaqəsi yoxdur, Dağıstanda yaşayır. O, həqiqətən hərbçidir, amma Kursk vilayətində xidmət edir.

...Deməli, 48 yaşlı kişi Sankt-Peterburqda həmyerliləri ilə münaqişəyə girib və döyülüb.

Zərərçəkmiş polis şöbəsinə aparılıb. O izah edib ki, həqiqətən də dava edib, lakin həmyerlilərinə qarşı heç bir şikayəti yoxdur.

Hərbi komendantlıq münaqişə iştirakçısını ərizə verməyə razı salmayıb.

Hər şey sülhlə bitib.

Yeri gəlmişkən, bundan əvvəl Leninqrad vilayətində həmkarının evinin yandırılmasını təşkil etməkdə şübhəli bilinən deputat saxlanılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə