Moldovada seçicilərin rüşvət alması ilə bağlı 400-dən çox iş araşdırılır

...Moldova hüquq-mühafizə orqanları prezident seçkilərinin birinci turu və ölkənin avrointeqrasiyasına dair referendum zamanı seçicilərin rüşvət alması ilə bağlı 400-dən çox faktı araşdırır.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə News Maker məlumat yayıb.

Deyilənlərə görə, şübhəliləri 1,944 min avroya qədər cərimə gözləyir.

Lakin onların əksəriyyəti artıq istintaqla əməkdaşlıq edir, ona görə də onlar cərimə ödəməkdən azad ola bilərlər.

Polis seçki və referendumda səs satdıqları üçün Rusiyanın “Promsvyazbank”ı vasitəsilə cinayətkar qruplaşmadan pul alan bütün vətəndaşları aşkarladığını bildirib.

Bqeyd edilir ki, bu bank axtarışda olan rusiyayönlü siyasətçi və iş adamı İlan Şorla əlaqəli olan Qaqauziya hakimiyyəti ilə əməkdaşlıq müqaviləsi bağladığı ilə tanınır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə