Meksika-ABŞ sərhədindəki kameraların üçdə biri işləmir...

ABŞ Sərhəd Patrulu ölkəyə qeyri-qanuni miqrasiya ilə mübarizədə çətinliklərlə üzləşir, çünki Meksika sərhədi boyunca müşahidə kameralarının təxminən üçdə biri bir ildən çoxdur işləmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Newsweek” yazıb.

...Çoxlu sayda kameraların köhnəldiyi və artıq işin öhdəsindən gəlmədiyi iddia edilir. Sərhəd Patrulunun bir rəsmisi bunun "böyük milli problem" olduğunu vurğulayıb. Çünki Meksikalı kartellər qeyri-qanuni mühacirləri ABŞ-a keçirmək üçün tez-tez sərhəddəki zəifliklərdən istifadə edirlər.

Materialda qeyd edilir ki, qeyri-qanuni miqrasiya məsələsi ABŞ-da prezidentlik yarışında əsas problemlərdən biridir. Belə ki, Kamala Harris də Donald Tramp kimi bu problemə öz həllini təklif etməyə çalışırlar.

Bundan əvvəl qarşıdan gələn prezident seçkilərində Trampa dəstək verən amerikalı sahibkar və ixtiraçı İlon Mask Harrisin dövlət başçısı seçiləcəyi təqdirdə ştatların dağılacağını proqnozlaşdırmışdı.

Onun fikrincə, ölkə miqrant axını və birpartiyalı siyasi sistemə keçidlə üzləşəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə