“Bu, dəliliyin zirvəsidir..?”

Qərb Polşa generallarının Rusiyaya qarşı zərbələr barədə bəyanatlarından qorxur..?

...Polşa generallarının Kalininqrad və Sankt-Peterburqa hücumlarla bağlı açıqlamaları Rusiyanın reaksiyasına səbəb ola bilər..?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Polşada nəşr edilən “Do Rzeczy”-nin məqaləsində bildirilib.

...Polşa Sankt-Peterburqa hücum edəcəyi təqdirdə, Moskvanın hərbi doktrinasına görə, Polşaya qarşı nüvə silahının tətbiqindən istifadə etmək hüququ var.

Nəşrin yazdığına görə, təbii ki, polşalı generalların bundan xəbəri olmamış olmaz.

...Nüvə dövlətini adi silahlardan istifadə etməklə hücumla hədələmək dəliliyin zirvəsi kimi görünür.

Məqalə müəllifinin fikrincə, əslində generalların açıqlamaları ayrı-ayrı insanların sözləri kimi deyil, Polşa hakimiyyətinin mövqeyi kimi qiymətləndiriləcək.

Nəşr qeyd edir ki, Polşa qoşunlarının əslində bu və ya digər Rusiya şəhərinə hücum etmək iqtidarında olan silahları da yoxdur.

Xatırladaq ki, sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə doktrinasına dəyişiklikləri açıqlayıb. Sənəddə bildirilir ki, indi döyüş başlıqlarından istifadəyə səbəb düşmən təyyarələrinin, təkcə strateji deyil, həm də taktiki təyyarələrin - yəni istənilən döyüş, qanadlı raketlərin və ən əsası pilotsuz təyyarələrin kütləvi şəkildə sərhədi keçməsi olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə