Belə “ana”ya nə deyəsən..?

Vladimir vilayətində bir yaşlı oğlunu aclıqdan öldürən “ana” həbs edilib

...Kovrov Şəhər Məhkəməsi bir yaşlı oğlunu aclıqdan öldürən 19 yaşlı ananı nəzarətə götürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-ya Vladimir vilayətinin prokurorluğu bildirib.

...Qadın iki ay müddətinə istintaq təcridxanasında qalacaq. Onu azyaşlı uşağa qarşı repressiya maddəsi ilə 8 ildən 20 ilə qədər həbs gözləyir.

İstintaqın məlumatına görə, ana qəsdən uşağı evdə yeməksiz və susuz qoyub. Uşaq, sağ qalmayıb.

Qadın daha sonra onun cəsədini və əşyalarını kiçik qutuya qoyaraq zibil qutusuna atıb.

Uşaq oktyabrın 18-də Vostoçnaya küçəsində həyat əlaməti olmadan tapılıb. Həmin gün hüquq-mühafizə orqanlarının əməkdaşları onun anasını saxlayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə