“Miqrant və itlərin daxil olması qadağandır...”

Tacikistandan olan miqrant Rublyovkaya gəldiyi üçün saxlanılıb və indi də Rusiyadan qovulur...

...Deyim ki, bu mənə nə vaxtsa oxuduğum bir hekayəni xatırlatdı. Amma bu hekayə barədə yerli yataqlı danışmayacağam, çünki...

...Uzağa getməyəcəm, xatırlayıram ki, neçə illər bundan əvvəl bizdə, yəni Bakida da ancaq xaricilərə xidmət edən barlar fəaliyyət göstərirdi. Və ən faciəvisi o idi ki, bu barın qapısında durub sənəd yoxlayanlar öz yerli bazburdlularımızdan idi.

...Nə isə, uzatmayacam.

Deməli, bu dəfəki hekayəmin “qəhrəmanı” Moskvada yaşayıb işləyən tacikdir.

Özünün dediyinə görə, bu yaxınlara qədər Moskvada yaşayıb və “Yandex” şirkətində kuryer işləyib. Və iki həftə əvvəl, oktyabrın 8-də o, Moskva vilayətində şou-biznes ulduzlarının, məmurların, siyasətçilərin və varlı iş adamlarının yaşadığı Rublevo-Uspenskoye şossesi ərazisində saxlanılıb.

Miqrantın sözlərinə görə, polis ona deyib ki, əcnəbilərin (...və itlərin...bunu yuxarıda oxuduğum hekayədən xatırlayıram-A.B.) bu əraziyə girişi qadağandır.

...Təbii ki, kuryer “sifariş” gətirdiyini, sənədlərinin qaydasında olduğunu desə də, “humanist rus polisi” ona sən əcnəbisən, bura gələ bilməzsən, deyib.

...Və beləliklə, Tacikistan vətəndaşı bir həftə məhbus statusunda qaldıqdan sonra öyrənib ki, Rusiya hakimiyyəti onu deportasiya edir. Miqrant “Yandex” şirkətinə mesaj göndərərək kömək istəyib, lakin onlar cavab veriblər ki, onun vəziyyətində ona dəstək verə bilməyəcəklər.

...Əslində bu bugünkü Rusiyanın siması deyim, simasızlığı deyim...bilmirəm.

Məsələ bundadır ki, bu gün Rusiyada yaşayan təkcə Tacikistandan deyil, digər ölkələrdən olan miqrantlar da son aylar sosial şəbəkələrdə və mediada təhlükəsizlik qüvvələrinin onlara qarşı keçirdiyi reydlərdən, habelə ölkədən qovulmalarından kütləvi şəkildə şikayət edirlər.

Bu gün ruslar üçün dəxli yoxdur,.. izahatsız, bütün lazımi sənədlərin olsa belə...

Və bundan əlavə, əcnəbi vətəndaşların saxlanma təcridxanalarında rus “nazor”ları tərəfindən onlara qarşı heyvani davranış, bərbad qidalanma (...rus nədir ki, bişirdiyi nə ola...-A.B.) zorakılıq baş alıb gedir.

...Və yenə də bütün bunlardan əlavə, miqrantlar deportasiya üçün çox vaxt həbsxana şəraitində həftələrlə gözləməli olduqlarından şikayətlənirlər.

...Deyim ki, bu mənə yuxarıda “oxumuşam” dediyim hekayədən bir epizodu xatırlatdı. Deməli, həmin hekayənin leymotivi təqribən belə idi: “Miqrant və itlərin daxil olması qadağandır”

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə