DİQQƏT: 4 günlük iş modeli qəbul edildi

Almaniyada həftədə 4 gün işləmək modeli üçün həyata keçirilən sınaq uğurlu hesab olunub. SİA xəbər verir ki, 4 günlük iş həftəsi modeli həm işçilər, həm də işəgötürənlər üçün müsbət nəticələr verib.

“Münster” Universitetindən professor Culia Baxmanın rəhbərlik etdiyi araşdırmanın nəticələri göstərib ki, bu model işçilərin həyat məmnunluğunu və şirkətlərin səmərəliliyini artıra bilər.

İş saatlarının azaldılmasına baxmayaraq, sınaqda iştirak edən 41 şirkətin əksəriyyətində məhsuldarlıq artımı müşahidə olunub. İştirakçı şirkətlərin üçdə ikisi daimi olaraq 4 günlük iş modelinə keçmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə