Qəzzada ölənlərin sayı artıb

Qəzzada 48 saatda ölənlərin sayı artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 382 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 115 nəfər artaraq 42 min 718-ə çatıb. Yaralıların sayının 100 min 282-yə yüksəldiyi qeyd edilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 718-ə, yaralıların sayı isə 100 min 282-yə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə