Sabiq prezident 20 il müddətinə azadlıqdan məhrum edilib

Perunun keçmiş prezidenti Toledo korrupsiya işi üzrə 20 il 6 ay həbs cəzasına məhkum edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peru mətbuatında yer alan məlumata görə, İkinci Milli Ali Cinayət Məhkəməsi 2001-2006-cı illər arasında prezident olmuş Toledonu korrupsiya, gizli razılaşmalar və çirkli pulların yuyulmasında ittiham edərək məhkum edib.

Məhkəmə Toledonu gizli razılaşmalara görə 9 il, çirkli pulların yuyulmasına görə isə 11 il 6 ay həbs cəzasına məhkum edib. Hakim İnes Rojasın oxuduğu qərarda bildirilib: "78 yaşlı Toledo okeanlararası avtomobil yolunun 2-ci və 3-cü hissələrinin tikinti müqaviləsini Braziliya şirkətinə verərək dövlətə ziyan vurub". Bundan əlavə, məhkəmə Özəl İnvestisiyaların Təşviqi Agentliyinin iki keçmiş dövlət məmuru Alberto Pasko-Font və Sergio Bravonu 9 il, iş adamı Xose Kastillo Dibosu isə 14 il müddətinə azadlıqdan məhrum edib.

Bütün xəbərlər Facebook səhifəmizdə