ABŞ Ukrayna pilotsuz təyyarələrinin istehsalına 800 milyon dollar ayırır...

Zelenski ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşün nəticələri barədə də danışıb

...Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da axşam mesajı zamanı ABŞ-ın 400 milyon dollarlıq yeni müdafiə paketi vermək qərarını şərh edib.

...Daha bir ayrıca paket hazırlanır - Ukrayna pilotsuz təyyarələrinin istehsalı üçün maliyyə, 800 milyon dollar. Ukrayna bu dəstəyə görə minnətdardır. Bizə lazımdır ki, dünyada istənilən siyasi təhdidlərə baxmayaraq, Ukrayna ardıcıl olaraq öz suverenliyini, müstəqilliyini müdafiə edə bilsin.

Bu mütləq baş verəcək. Tərəfdaşlarla hər görüş, xüsusən də müdafiə-sənaye kompleksi ilə bağlı söhbətdir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Zelenski bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə Ukraynanın qələbə planının həyata keçirilməsini də müzakirə edib.

...Aydındır ki, Putin sülhdən qorxur və ona görə də aqressiyanı necə artırmağın və indi Şimali Koreyanı cəbhəyə necə cəlb etməyin yollarını axtarır. Bütün dünya üçün bu, yalnız müharibə istəyənlərin açıq siqnalıdır, - deyə Zelenski əlavə edib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya yeni yardım paketini açıqlamışdı. Daha sonra Pentaqon paketin məzmununu açıqlayıb.

Bundan bir qədər əvvəl, oktyabrın 19-da Almaniya və Ukrayna hava hücumundan müdafiəni gücləndirmək haqqında saziş imzalayıblar.

Qeyd edilir ki, ölkələr birgə töhfələr verəcək və bu, Ukraynanın hava hücumundan müdafiəsinə kömək etməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə