Sərxoş turistlər qonaq evinin sahibini döyüb, bacısını öldürüblər...

...Hindistanda üç sərxoş turist qonaq evinin sahibini döyüb və maşını onun bacısının üstünə sürüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Deccan Herald” məlumat yayıb.

Hadisənin oktyabrın 20-də Maharaştra ştatında baş verdiyi dəqiqləşdirilir. Qonaq evinin sahibi sərxoş olduqları üçün qonaqların qeydiyyatdan keçməsinə icazə verməkdən imtina edib. Daha sonra istirahət edənlər ona hücum edərək döyüblər. Hücum edənlərdən ikisi avtomobillə qaça bilib, üçüncüsü isə yerli sakinlər tərəfindən tutulub.

Tezliklə dostlar geri qayıtsalar da, onu xilas etmək əvəzinə ev sahibinin bacısı ilə qarşılaşıblar. Onlar idarə etdikləri avtomobillə qadının üstündən keçiblər. Qadın sağ qalmayıb. Hadisəni törədən şəxslər tutulub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə