Rusiya ordusu ciddi problemlərlə üzləşib...

“Z”-bloger Qrubnik cəbhədəki vəziyyətlə bağlı həyəcan təbili çalır...

...Bu arada “Z”-bloger və könüllü Vladimir Qrubnik, (“Novorossiyanın Kabusu” kanalının müəllifi-A.B.) Rusiya Ordusunda ehtiyat qüvvələrinin olmaması səbəbindən strateji raket qüvvələrinin hərbçilərini də hücumlar təşkil etmək üçün piyadaların “gözünə qatdıqlarını” deyir.

Qrubnikin iddiasına görə, belə getsə, Putinin daim dünyanı silkələyəcəyi nüvə silahlarını işə salmaq üçün yaxınlarda heç kim olmayacaq. Çünki hücuma göndərilən həmən o ixtisaslı hərbçilərin çoxu sağ geri qayıtmır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Dialoq” yazır.

...Bu gün Donetsk bölgəsində fırtına enişlərinə raketlər göndərilir.

Bu raketləri göndərənlərin strateji raket qüvvələrinin hərbçiləri olduğunu deyən könüllü, “...həqiqətənmi bizim heç bir ehtiyatımız yoxdur?" -deyə sual edir.

“Z”-bloger Rusiya rəhbərliyi qarşısında sabah hər hansı bir problem yaranarsa, raketləri dəqiq kimin buraxacağını anlamadığını deyir.

Qeyd edək ki, bundan bir müddət əvvəl o, hətta hava hücumundan müdafiə sisteminin ekipajlarının da hücum bölmələrinə köçürüldüyü bildirilmişdi.

...Bu, əlbəttə ki, çox ciddi siqnaldır. Əgər vəziyyət artıq bu həddə çatıbsa, itkilərin səviyyəsini təsəvvür edə bilərsiniz, - deyən “Z”-blogerin etirafını hazırda internetdə şərh edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə