“İran İsrailin hücumlarını dayandırmaq üçün Türkiyə ilə birgə hərəkət edir”

İran İsrailin bölgədəki hücumlarını dayandırmaq üçün Türkiyə ilə birgə hərəkət etdiklərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi həftəlik mətbuat konfransında ölkəsinin xarici siyasət gündəliyi və regional hadisələri dəyərləndirib.

İsrailin bölgədəki hücumlarının dayandırılması ilə bağlı bütün region ölkələri ilə məsləhətləşmələrini davam etdirdiklərini bildirən Bekayi deyib: "Bizim mesajımız çox aydındır: İranın sionist rejimin hər hansı bir hücumuna mütləq cavab verəcək. İcazə vermərik ki, qonşu ölkələr İrana qarşı hücumda öz torpaqlarından istifadə etsin.

Türkiyə ilə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorla mübarizə məsələlərində danışıqlar aparırıq. Biz Türkiyə və digər tərəfdaşlarımızın köməyilə Suriyada sülh və sabitliyin təmin edilməsinə çalışırıq.

ABŞ-ın Suriyanı işğal etməsi və sabitliyin olmaması terror təşkilatlarını gücləndirir.

Biz Türkiyə ilə razıyıq ki, Suriyada ümumi sərhədlərdə və bölgədə terrorla mübarizə aparmaq üçün sabitliyin və təhlükəsizliyin bərpasına kömək etməliyik.

İsrailin bölgədəki hücumlarını dayandırmaq üçün Türkiyə və İran birlikdə hərəkət edir.

İslam dünyasının iki böyük ölkəsi və regional gücü olan İran və Türkiyə arasında əlaqələr çox mühümdür. İran Xarici işlər nazirinin (Abbas Erakçi) Türkiyəyə son səfəri də yaxşı fürsət oldu. “Həmas” rəsmiləri ilə də görüşlərimiz onların varlığını göstərdi.

İki ölkə - İran və Türkiyə Qəzza və Livana hücumu dayandırmağa qətiyyətlə çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə