Ermənistan BRİKS-ə qoşulmaq niyyətində olmadığını açıqlayıb

Ermənistan BRİKS-ə üzv olmaq fikrində deyil, - Respublika Baş nazirinin müavini Mher Qriqoryan bildirib. “Xeyr, yox, bu mərhələdə deyil. Belə müzakirələr yoxdur”, – Qriqoryan jurnalistin müvafiq sualını cavablandırarkən deyib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Moscow Times” yazır.

Qeyd edək ki, bir gün əvvəl Qazaxıstanda da analoji qərar qəbul edilib.

Belə ki, oktyabrın 16-da ölkə prezidentinin mətbuat katibi Berik Uali bildirib ki, bu cür təkliflər Kasım-Jomart Tokayev tərəfindən alınıb, lakin “hazırda və yəqin ki, yaxın gələcəkdə” Astana BRİKS-ə ərizə verməkdən çəkinəcək.

O qeyd edib ki, bu, üzvlük məsələsinə və assosiasiyanın inkişaf perspektivləri ilə bağlı digər aspektlərə baxılması prosesinin çoxmərhələli olması ilə bağlıdır.

Onun sözlərinə görə, Tokayev hazırda BMT-yə “bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və alternativ olmayan təşkilat kimi” prioritet verir.

Qeyd edək ki, iyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxmaq niyyətini açıqlayıb. O, parlamentdə çıxış edərkən aydınlaşdırıb ki, İrəvan bunu lazım bildiyi zaman edəcək. Fevralda Paşinyan artıq Ermənistanın təşkilata üzvlüyünün dondurulmasından danışıb, may ayında isə respublika hakimiyyəti KTMT-nin maliyyələşdirilməsini dayandırdığını bəyan edib.

Həmçinin iyun ayında ABŞ və Ermənistan strateji tərəfdaşlıq elan etdilər, bundan sonra Vaşinqton İrəvanı hərbi sahədə əməkdaşlığı genişləndirməyə dəvət etdi. Bir ay sonra Ermənistan ərazisində erməni və amerikalı hərbçilərin iştirakı ilə “Qartal tərəfdaşı” təlimləri keçirilib.

Bu hadisələrdən sonra Rusiyada erməni meyvə-tərəvəz və giləmeyvələrində (Qazaxıstanın pomidor, bibər, təzə bostan məhsullarnda olduğu kimi –A.B.) pestisidlərin və aqrokimyəvi maddələrin icazə verilən həddən artıq olduğu aşkarlanıb.

...Axırını gözləyirik..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə