“Gürcü Arzusu-Demokratik Gürcüstan” ölkədə sülhün qarantıdır

Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri Gürcüstan, eləcə də region üçün olduqca önəmlidir. Seçkilərin dinc şəkildə keçirilməsi üçün hakimiyyət və Mərkəzi Seçki Komissiyası (MSK) bütün tədbirləri həyata keçirib. Xalq da bütün bunları görüb. Ona görə də hesab edirəm ki, "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası qalib gələcək və hakim partiya ölkənin demokratik inkişafını davam etdirəcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində gürcü ekspert, "Xalqın Gücü" Partiyasının üzvü Tamta Meqrelişvili söyləyib.

Onun sözlərinə görə, hakimiyyətdə olan "Gürcü Arzusu" Partiyası ölkədəki sülhün qarantıdır. “Seçkidə "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyası qalib gələcək. Bununla da ölkədə sülh və sabitlik, inkişaf təmin olunacaq. Xarici təsirlər də azalacaq”, - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə