Hindistan Ukraynaya qarşı vuruşan 85 vətəndaşını geri qaytarıb

Hindistan Rusiya ordusu ilə müqavilə imzalamaq üçün aldadılıb Ukraynaya qarşı döyüşə göndərilən 85 vətəndaşını müharibə bölgəsindən geri qaytarıb.

SİA-nın əldə etdiyi məlumata görə, IndiaTV xəbər verir ki, bu barədə bazar ertəsi, oktyabrın 21-də Hindistan Xarici İşlər Nazirliyinin katibi Vikram Misri bildirib.

Onun sözlərinə görə, indi daha 20 hindistanlının Rusiya ordusundan Hindistana qaytarılması istiqamətində işlər aparılır.

O əlavə edib ki, Xarici İşlər Nazirliyi onların tezliklə azad edilməsi üçün “səy göstərir”. “

...Diplomatlarımız qeyri-qanuni və ya başqa yolla Rusiya ordusuna cəlb edilmiş hindistanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindəki vasitəçilərlə sıx əlaqə saxlayır. Bu məsələ ən yüksək səviyyədə, xüsusən də baş nazir Modi tərəfindən prezident Putin ilə müzakirə olunub, - deyə Vikram Misri bildirib.

Xarici İşlər Nazirliyinin katibi əlavə edib ki, Rusiya tərəfində döyüş əməliyyatlarında iştirak edən həlak olmuş hindlilərin də cəsədlərini qaytarmaq mümkün olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə