HÜRJET Ankarada test uçuşu gerçəkləşdirdi

Planlaşdırılmış və nəzarətli uçuş üçün Mürted Hava Meydanından istifadə olundu

Türkiyənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET ilk dəfə səs sürətini aşaraq uçuş gerçəkləşdirdi.

Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) tərəfindən inkişaf etdirilməkdə olan ölkənin ilk reaktiv mühərrikli yüngül hücum təyyarəsi HÜRJET səs sürətini keçdi. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Test uçuşu paytaxt Ankarada keçirildi. Planlaşdırılmış və nəzarətli uçuş üçün Mürted Hava Meydanından istifadə olundu.

Xatırladaq ki, ilk uçuşunu 25 aprel 2023-cü ildə həyata keçirən HÜRJET o gündən bəri 100-dən çox sınaq uçuşu reallaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə