ABŞ-dan olan ilk siyasi qaçqın Rusiya vətəndaşlığını alıb

...ABŞ-dan olan siyasi qaçqın Con Robles Rusiya Federasiyasında 20 ildən çox yaşadıqdan sonra Rusiya vətəndaşlığını alıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Sənəd hüquqi informasiya portalında dərc olunub.

…Robles Con Entoni, 1966-cı il aprelin 10-da Amerika Birləşmiş Ştatlarında anadan olub, - sənəddə deyilir. Amerikalı uzun müddət Rusiyada ABŞ-dan ilk siyasi qaçqın adlandırılıb. Robles 1996-cı ildə, 30 yaşında ikən Ştatları tərk edib. Rusiyada o, digər işlərlə yanaşı, müəllim və beynəlxalq jurnalist kimi də çalışıb. Hazırda onun 58 yaşı var.

Yeri gəlmişkən, Sankt-Peterburqun "Zenit" futbol klubunun kapitanı braziliyalı Duqlas Santos da Rusiya vətəndaşlığını alıb.

Bu ilin yanvarında isə prezident onu SKA klubunun kanadalı xokkeyçisi Brendan Laipsikə təqdim edib.

Bildirilib ki, idmançının özü Rusiya Federasiyasının vətəndaşı olmaq arzusunu açıqlayaraq Rusiya liderinə belə bir müraciət edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə