“Qərb Belarusu NATO-ya qəbul etməlidir...”

Ukraynalı politoloq Çin və Rusiyanı eyni anda necə vurmaq lazım olduğunu danışıb...

...Çini Belarus kimi tərəfdaşdan məhrum etmək üçün bu ölkəni NATO-ya qəbul etməyə dəyər və bu ölkə ilə birlikdə Ermənistan və Moldovanı alyansa qatmaq olar.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ukraynalı politoloq Aleksandr Musienko deyir

...Qərb Çini zəiflətmək üçün Şərqdə təsir zonasını genişləndirməlidir.

Bu fikri isə Aleksandr Musienko özünün YouTube kanalında səsləndirib. Siyasi ekspert təcili olaraq NATO-ya dəvət edilməli olan ölkələri sadalayıb. Onun ehtimalına görə, Gürcüstan hələ ki bu yoldan sapınıb, yəni yarışı tərk edib(?), Ermənistan isə əksinə, Qərblə yaxınlaşmaq üçün yollar axtarır.

...Əgər Ermənistan, Gürcüstan, Ukrayna ilə birlikdə NATO-ya qəbul olunsa, bu, öz varlığını genişləndirmək və Şərqə yaymaq baxımından Qərb üçün cekpot olardı. Çünki alyansa Şərqdə mövcudluğunu genişləndirmək lazımdır. Bu, həm İran, həm də Rusiya baxımından bu ölkələri Rusiyadan ayırmaq, orada təsirini azaltmaq xatirinə təbii ki, birinci mərhələdir.

...Bunun üçün ilk növbədə Ukraynanın NATO-ya daxil olmasını təmi etməklə qonşulara nümunə göstərmək və tədricən Belarusiyanı “qoparmaq” lazımdır.

Musienkoya görə, Belarus ona görə vacibdir ki, o, Çinin regionda tərəfdaşıdır və onunla əməkdaşlıq edən Rusiyanın sanksiyalarından yayınmağa kömək edir. Lukaşenko daim Si Cinpinə “səcdə etmək” üçün gedir. Belarusun “qoparılması” Çinə zərbədir və o zaman əsas kimi, Rusiya ilə nə etmək lazımdır?- sualı yaranacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə